Obyektlərin girişində vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi? - RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sentyabrın 1-dən etibarən iri ticarət mərkəzləri, hotel, mehmanxana və digər ictimai iaşə obyektlərinə daxil olan şəxs koronavirus infeksiyasına qarşı peyvəndin ən azı 1-ci dozasını qəbul etməlidir.
Həmin obyektlərə daxil olan şəxsləri polis əməkdaşları deyil, mülki şəxslər yoxlayır. Obyekt nəzarətçiləri vətəndaşdan COVID-19 pasportu ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb edir.
Mülki şəxsin vətəndaşın şəxsi məlumatlarını əldə etmək hüququ varmı?
Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin obyektlərə daxil olan vətəndaşların sənədlərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur:
“Bütün hallarda müvafiq qaydada iri ticarət mərkəzlərinə, mehmanxanalara və ictimai iaşə obyektlərinə daxil olarkən vətəndaşların COVID-19 pasportu ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənəd də üzərində olmalıdır. Obyektə daxil olan şəxsdən COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi tələb edilməsində qanunsuzluq yoxdur. Şəxsiyyət vəsiqəsinin tələb edilməsi vətəndaşın COVID-19 pasportunda yazılan məlumatları dəqiqləşdirmək üçündür. Əgər vətəndaşın üzərində COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi yoxdursa, bu zaman vətəndaş ad, soyad və ata adını düzgün təqdim etməlidir. Belə halda həmin şəxsin vaksin olunub-olunmaması xüsusi mobil tətbiq vasitəsilə yoxlanılmalıdır”.
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA










