Oğurladıqları pullarla “tik tok” videoları çəkən Cəlilabad sakinləri saxlanılıb - FOTO
Gündəm
31 Avqust 2021 11:19

Oğurladığı pullarla “tik tok” videoları çəkən Cəlilabad sakinləri saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarazəncir kəndi ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Mətləb Verdiyev və Samir Xəlilov saxlanılıblar. Onların ev sahibinin olmadığı vaxt həmin evə daxil olaraq oradan 4500 manat pul oğurladıqları müəyyən edilib.
Oğurladıqları pullarla və kirayə götürdükləri bahalı avtomobillə sosial şəbəkələrdə videogörüntülər paylaşan həmin şəxslər çox çəkmədən polis əməkdaşları tərəfindən saxlanılıblar. Aparılan araşdırmalarla M. Verdiyevin əlavə olaraq 1 yaşayış evi və 1 mağazadan ümumilikdə 620 manat nağd pul və 1 yardımçı tikilidən 500 manat dəyərində təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Oxunub : 990
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
ŞƏRH YAZ

















