Ölkədə avtomobil idxalı azalib - Səbəb nədir? - VİDEO

Son vaxtlar Azərbaycana avtomobil idxalı azalıb. Statistik rəqəmlər idxalın 2 dəfə düşdüyünü göstərir. Bəs səbəb nədir? Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana idxal olunan avtomobillərin sayında nəzərəçarpacaq qədər azalma müşahidə olunur. Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir ki, 2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 47 984 ədəd olub. Bu da avtomobil idxalının ötən illə müqayisədə 2 dəfə aşağı düşməsi deməkdir. Avtomobil ticarəti ilə məşğul olanlar bunu alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirir. Buna görə də, iş adamları ölkəyə avtomobil gətirməyə meyl göstərmirlər. Çünki, ötən ildən bu yana gətirdikləri avtomobillərin əksəriyyətini sata bilməyiblər.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












