Ölkədə kibertəhlükələrin və kiberdələduzların sayı artır

Azərbaycanda sürətlə aparılan rəqəmsallaşma, rəqəmsal texnologiyalar, internetə artan etibar insanlar üçün yeni imkanlar yaradır. Lakin bununla bərabər kibertəhlükələr artır və kiberdələduzların sayı artır.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 3-cü dalğa “Məzun günü”ndə çıxışı zamanı deyib.
“Artan kibertəhdidləri anlayaraq biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı və “Pasha Holding” şirkətlər qrupunun dəstəyi ilə 2022-ci ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis etdik. Bu günədək 180 tələbə məzun olub. Onların 72 faizi artıq dövlət və özəl sahələrdə işlə təmin olunub. Həmçinin AKM-də 15 təlimçinin yetişdirilməsi üzrə işlər aparılır. Mərkəzin fəaliyyəti boyunca yeni yerli kibertəhlükəsizlik məhsulları yaradılıb. Bunlardan biri AKM-nin tələbələrinin də iştirak etdiyi yerli kibertəhlükəsizlik məhsulu olan “Cypho” artıq yerli və beynəlxalq bazara təqdim edilib, Azərbaycan startapı olaraq uğurla fəaliyyət göstərir. Həmçinin nazirlik Azərbaycanda dövlət qurumlarının əməkdaşları və digər özəl sektor nümayəndələri üçün kibertəhlükəsizlik üzrə təlimlər həyata keçirir”, - deyə nazir müavini əlavə edib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












