Ölkədə su ehtiyatlarından istifadə üzrə nöqsanlar azalıb - FOTOLAR

“ADSEA yanında Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX )1 saylı Bakı Regional Bölməsi tərəfindən bu ilin aprel ayından etibarən aparılan monitorinqlər zamanı aşkarlanan nöqsanların sayı əhəmiyyətli dərəcədə azalıb”. Avtosfer.az SİMDNX-ya istinadla xəbər verir ki, bu sözləri Xidmətin 1 saylı Bakı Regional Bölməsinin rəisi Zaur Hüseynov 2025-ci ilin on ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib. O qeyd edib ki, ilkin dövrdə 913 nöqsan qeydə alınmışdısa, oktyabr ayına olan rəqəmlər 372-yə düşüb. Bu isə təqribən 60%-lik azalma deməkdir.
Nöqsanların aradan qaldırılması ilə bağlı məlumat verən bölmə rəisi qeyd edib ki, təkcə Abşeron suvarma kanalında inzibati xəta yaratmayan 338 ünvanda su götürmə hallarına rast gəlinib. Aparılan araşdırmalar nəticəsində həmin halların 277-nin qanunsuz olduğu müəyyən edilib və qanunsuz qoşulmalar dərhal aradan qaldırılıb:
“Azərbaycan Prezidentin 4 iyun 2025-ci il tarixli fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 23 maddəsi üzrə protokol tərtib etmək səlahiyyəti ADSEA-ya verildikdən sonra, Xidmətin Bakı Regional Bölməsi tərəfindən ümumilikdə 134 inzibati xəta haqqında protokol tərtib olunub. Onlardan 18-i hüquqi, 31-i vəzifəli, 85-i isə fiziki şəxslərə aiddir. Protokolların 56%-i üzrə nöqsanlar aradan qaldırılıb, digər hallarla bağlı müvafiq təqdimatlar göndərilərək icra üçün əlavə müddət verilib”.
Bölmə rəisinin sözlərinə görə, Hövsan kanalının çirkləndirilməsi ilə bağlı 2 hüquqi və 5 vəzifəli şəxs barəsində inzibati protokol tərtib olunub və məhkəmə qərarı ilə cərimə tətbiq edilib. Göllərin doldurulması ilə bağlı 4, çirkləndirilməsi üzrə isə 25 inzibati protokol rəsmiləşdirilib.
Xəzər dənizinə münasibətdə də qanun pozuntuları qeydə alınıb: ümumilikdə 15 protokol tərtib edilib ki, bunlardan 5-i çirkləndirmə, 10-u isə sahil mühafizə zolağının zəbt edilməsi ilə bağlıdır.















Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO












