Ölkədə uzun müddətdir davam edən xəstəlik: Karantin qaydaları yenidən sərtləşdirilməlidir?

Günümüzdə koronavirus xəstəliyinin geniş yayılması ilə bağlı insanlarda baş verən öskürək, qızdırma, halsızlıq əlamətləri hər kəsi təlaşa sala bilir. Amma unutmayaq ki, qrip virusu da bənzər əlamətlər verir.
Soyuq hava, qapalı məkanlarda daha çox vaxt keçirmək qış aylarında hava-damcı yolu ilə yayılan infeksiyaların daha çox artmasına səbəb olur.
Bəs qış aylarında artan xəstəliklərin səbəbi nədir? İnsanlar bunun qarşısını almaq üçün hansı tədbirləri görməlidir?
Mövzu ilə bağlı tibbi ekspert Adil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, çox vaxt yuxarı tənəffüs yollarının bütün xəstəlikləri qrip adı ilə ümumiləşdirirlər:

“Ölkə də hələ də koronavirusun “omikron” ştamının mutasiya variantı davam edir. Qrip, influenza, rina və metapnevmovirusu kimi viruslarda var. Uşaqlar arasında həmin xəstəliklərin gedişinə uyğun olaraq xəstəliklər yayılır. Böyüklərdə də metapnevmovirusu (HMPV) yayılıb. Bu xəstəlik yuxarı tənəffüs yollarının iltihabı, burun tutulması, boğaz ağrısı və titrətmə kimi simptomlar baş verir. Bu xəstəliklər hətta ölümə gətirib çıxarda bilər”.
Ekspert vurğulayıb ki, əhalinin belə xəstəliklərlə üz-üzə qalması təəssüfləndirici məqamdır:
“Virus identifikasiya olunmayıb və əhaliyə bu istiqamətdə məlumat verilmədiyi üçün, birmənalı olaraq söz demək çətindir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, maarifləndirmə işini ciddi aparmaq mütləqdir. Əhali özünü necə qorusun, ev şəraitində nələrə əməl etsin? Karantin qaydalarını yenidən xatırlatmaq lazımdır”.
Eltac Zülfüqaroğlu
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI












