Ondan çox qəzanın baş verdiyi yolla bağlı RƏSMİ AÇIQLAMA

"Zərdab-Mollakənd avtomobil yolunda qeydə alınan yol-nəqliyyat hadisələrini bilavasitə hərəkətin təşkili ilə əlaqələndirmək doğru olmazdı"
Avtosfer.az xəbər verir ki, bunu Oxu.az-ın son illərdə Kürdəmir-Zərdab yolunda sərt döngələr və radar quraşdırılmaması səbəbindən 10-dan çox qəza olması ilə bağlı sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.

"Sözügedən yolda ərazi polis orqanlarının Dövlət Yol Polisi qurumları xidmət aparırlar və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq həmin yol sahəsində qəzalılıq vəziyyəti öyrənilib, sürət həddi 50 km/saat endirilib, sərt döngələrdə, təhlükəli sahələrdə müvafiq yol nişanları quraşdırılıb.
Bununla yanaşı, hazırda bir sıra yollarda, o cümlədən Zərdab-Mollakənd yolunda nizamlama vasitəsi qismində xüsusi texniki qurğuların tətbiqi nəzərdə tutulub və tezliklə həmin vasitələrin quraşdırılmasına başlanılacaq", - DİN rəsmisi deyib.
Onun sözlərinə görə, aparılan təhlilər göstərir ki, qeyd olunan yolda baş verən qəzaların başlıca səbəbi sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sərt döngələrdə ehtiyatsızlığa yol verilməsi, yol hərəkəti qaydalarına düzgün əməl edilməməsi ilə bağlıdır:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində diqqətli olmağa, yolda nəzərdə tutulmuş sürət həddini aşmamağa, qaydalara qeyd-şərtsiz əməl etməyə çağırır".
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










