Onlayn ticarətə təzyiqlər artır - Gömrük Komitəsinə sərt sözlər

“İndi də onlayn ticarətin üzərinə getmək istəyirlər, xaricdən sifarişlərin artmasından, insanların daha ucuz və keyfiyyətli malları internet üzərindən almağa öyrəşməsindən narahatdırlar. Elektron ticarətin genişlənməsi guya hüquqpozma yaradır.
Bəs bu hüquqpozma nədir, kimin hüquqları pozulur? 21-ci əsrdə yaşayırıq, elektron ticarət dövrüdür, indi siz kimin marağını qoruyursunuz – əhalinin, yoxsa mərkəzdəki mağazaların?”
Avtosfer.az “Konkret.az”a istinadən xəbər verir ki, bu sözləri Natiq Cəfərli deyib. O, onlayn ticarətə qarşı son dövrlər artan tənzimləmə təşəbbüslərini və gömrük sahəsində sərtləşdirilən qaydaları tənqid edib.

Cəfərli bildirib ki, taksi sektorunda olduğu kimi, hökumətin müdaxilələri nəticəsində vaxtilə rəqabət hesabına ucuzlaşan xidmətlər bahalaşıb və indi eyni proses elektron ticarət sahəsində də müşahidə olunur. Onun sözlərinə görə, vaxtilə taksi bazarında rəqabət qiymətləri aşağı salmışdı, lakin tənzimləmələrdən sonra qiymətlər artdı. İndi isə oxşar yanaşma online ticarətə tətbiq olunur.
İqtisadçı ekspert qeyd edib ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı-nın “elektron ticarətin genişlənməsi hüquqpozma sayını artırır” fikri ciddi suallar doğurur. Onun fikrincə, internet üzərindən edilən sifarişlər əsasən şəffafdır, ödənişlər rəsmi sistemlər üzərindən aparılır və burada kütləvi hüquq pozuntusundan danışmaq real əsaslara söykənmir.
Natiq Cəfərli vurğulayıb ki, əhali son illər online platformalar vasitəsilə daha ucuz və keyfiyyətli məhsullar almağa başlayıb və bu, insanların ailə büdcəsinə qənaət etməsinə imkan verir. Lakin hazırkı tənzimləmə siyasəti bu imkanları məhdudlaşdırmağa yönəlib. Onun sözlərinə görə, məqsəd istehlakçını qorumaq deyil, ənənəvi ticarətlə məşğul olan və əsasən iri məmurlara məxsus mağaza və ticarət mərkəzlərinin maraqlarını müdafiə etməkdir.
Ekspert qeyd edib ki, dünyanın bütün ölkələrində ənənəvi ticarət elektron ticarət qarşısında geri çəkilir və bu, bazar iqtisadiyyatının normal inkişaf mərhələsidir. Onun fikrincə, fiziki mağazalar yeni şəraitə uyğunlaşmalı, rəqabət aparmağı öyrənməlidir, bazarı süni yollarla qorumaq düzgün deyil.
Cəfərli bildirib ki, son bir ildə xaricdən edilən sifarişlərin çatdırılma xərclərinin artması, tariflərin yüksəldilməsi və həcm məhdudiyyətlərinin tətbiqi təsadüfi deyil. Onun fikrincə, bu addımlar daxili bazarda müəyyən qrupların maraqlarını qorumaq məqsədi daşıyır. İqtisadçı hesab edir ki, iri vəzifəli şəxslərin sahib olduğu ticarət obyektlərinin boş qalması, icarə və satışdan gəlirlərin azalması bu qərarların əsas səbəblərindən biridir.
REAL Partiyasının sədri, iqtisadçı ekspertin sözlərinə görə, onlayn ticarətdə qiymət artımının səbəbi nə istehsalçılar, nə də çatdırılma şirkətləridir. Qiymətlərin bahalaşması əsasən Azərbaycanda tətbiq olunan tariflər, sərtləşdirilən gömrük qaydaları və əlavə rüsumlarla bağlıdır.
O vurğulayıb ki, elektron ticarətin məhdudlaşdırılması əhalinin rifahına mənfi təsir göstərir, bazarda rəqabəti zəiflədir və uzunmüddətli perspektivdə iqtisadi inkişafı ləngidir. Cəfərlinin fikrincə, hökumət online ticarəti sıxışdırmaq əvəzinə, şəffaf qaydalar yaratmalı, rəqabətli mühiti dəstəkləməli və istehlakçı maraqlarını əsas prioritet kimi qəbul etməlidir.
Sonda ekspert qeyd edib ki, müasir dövrdə elektron ticarət artıq alternativ deyil, iqtisadiyyatın əsas tərkib hissəsidir və onun qarşısını inzibati yollarla almaq mümkün deyil. Bu sahəyə qarşı sərt müdaxilələr isə yalnız qiymət artımına və əhalinin narazılığına səbəb olacaq.
Sürücülər və turistlər bəzi yollarda azır - Çünki nişanlar ...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sərnişin və yük daşımaq üçün yeni sənədlər tələb olunacaq - Sürücülərin nəzərinə!
Minlərlə sürücünün vəsiqəsi əlindən alındı – Deputatdan sərt etiraz
Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır - DİN-in idarə rəisi
Vaşinqtondakı təxribatın detalları açıqlandı - Prezidentin kortejinə...
Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir - VİDEO
Vaşinqtondakı çirkin təxribat cəhdinin arxasında kimlər var? - ADLAR AÇIQLANDI - VİDEO
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ









