Ordu zabiti ilə yol polisi əlbəyaxa oldu - VİDEO

Bakıda milli ordunun zabiti ilə yol polisi əlbəyaxa olub. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, bu gün metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında zabit özünə məxsus avtomobili park edib. Yaxınlıqdakı polis əməkdaşı maşını həmin yerdə park etməyin qadağan edildiyinə dair xəbərdarlıq edib. Lakin ordu zabiti ona əhəmiyyət verməyib. Yol polisi isə evakuator çağıraraq hərbçinin avtomobilini cərimə meydançasına aparmaqla cəzalandırmaq istəyib. Elə bundan sonra baş leytenantla polis arasında münaqişə başlayıb. Hərbçi maşını evakuatordan aşağı salmağı tələb edib, polis isə onun dediyini yerinə yetirməməyə çalışıb. Bir-birilərini söyüşlərlə təhqir ediblər. Sonra isə zabit istədiyinə nail olub. Maşını yol polisindən alaraq ərazini tərk edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












