Oruc tutan və tutmayan DEPUTATLAR

Ramazan ayının başlaması ilə birlikdə ictimai məkanda oruc ibadətinə münasibət yenidən müzakirə mövzusuna çevrilib. Cəmiyyətdə tez-tez səslənən suallardan biri də deputatların oruc tutub-tutmamasıdır.
Avtosfer.az xəbər verir ki, Modern.az saytı bu marağı nəzərə alaraq, deputatlar arasında sorğu keçirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa oruc tutan deputatlar sırasında yer alır. O bildirib ki, oruc tutan və tutmayanları bir-birindən ayırmaq düz deyil. Hər kəs, fərqi yoxdur deputat və ya sadə vətəndaş olsun, orucu şəxsi inancına görə tutur:
“Oruc tutmayan, iftar süfrəsi açmayan yetərli sayda insanlar var. Bu onlardan fərqliliyimizi göstərmək mənasına gələ bilər. Ona görə də oruc tutmağı, iftar süfrəsi açmağ təbliğat vasitəsi olaraq görmürəm. Oruc tutan və ya tutmayan hər kəsə can sağlığı diləyirəm” – o bildirib.
Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə qeyd edib ki, o uzun müddətdir hər Ramazan ayında oruc tutur:
“Uşaqlıqdan olmasa da, uzun müddətdir oruc tuturam. Allah qismət etsin, gələn il də oruc tutaq” – deyə C.Paşazadə deyib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev oruc tutmur, amma belə bir niyyəti var. Deputat bu ayın insanları fikirləşməyə, mənəvi təmizlənməyə, paylaşmağa, dəyərlərin gücləndirilməsinə çağırdığını qeyd edib:
“Ramazan ayını xeyirxah əməllərlə keçirməyi planlaşdırıram. İmkan olsa, oruc da tutacağam, belə niyyətim də var. Bu ayın mənəvi atmosferindən faydalanmağa çalışacağam. Qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə hər zaman birlik, həmrəyliyin qorunması mühüm məsələdir, arzu edirəm ki, hər zaman belə olaq. Bu ayda seçicilərlə görüşdə, qəbul vaxtlarında mütləq şəkildə sosial məsələlərin qabardılmasını önə çıxaracağam”.
Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov:
“Azərbaycanda dini inancların yerinə yetiriləməsi üçün hər bir şərait var. Bizim vətəndaşlarımızın əksəriyyəti inanclıdır. Onlar da çalışırlar ki, bu inancı yerinə yetirsinlər. Ramazan eyni zamanda paklanma, təmizlənmə ayıdır. Bu ayda hər kəs çalışmalıdır ki, paklansın. Bu mənada Ramazan ayı çox önəmlidir və mən də Ramazan ayı boyunca oruc tuturam. Allah bütün orucları və duaları qəbul etsin”.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Ramazan ayında bəlli bir saatda ac qalmaq, bioloji bir əziyyəti hiss etmək deyil. Bu ay gözün də, qulağın da, əllərin də, ruhun da təmizliyə çatması istənilir.
“Ona görə də Nəcib Fazil Kisakürəyin çox parlaq bir ifadəsi var. O söyləyir ki, oruc Ramazan bitincə başlar. Orucluq bir ay üçün buyurulmuş deyil, həyatı boyudur, bütün ömür üçündür. Ona görə də Azərbaycanda hər il oruc tutanların sayı artmaqdadır və bu öz-özlüyündə bir inanc göstərişidir”.
Deputat qeyd edib ki, o vacib dövlət işləri səbəbindən oruc tuta bilmir:
“Amma inanın ki, hər zaman o prinsipləri həyatımızda, insanlarla gündəlik münasibətimizdə, cəmiyyət qarşısında hesabatlılıqımızda, bir ailə başçısı kimi övladlara münasibətimizdə qoruyub saxlayırıq. Çalışırıq ki, tikəmizi mümkün olduğu qədər bölək, paylaşaq, xeyirxahlığı ötürək, onu genişləndirək. Bu üzdən oruc tutanların hər birinə bu müqəddəs ayda uğurlar arzulayırıq. Əminəm ki, Azərbaycan insanları gələcək dövrdə də bu ilahi prinsiplərlə yaşamağı üstün tutacaqlar”.
Deputat Novruz Aslan da uzun müddətdir oruc tutan millət vəkilləri arasındadır. O saytımıza açıqlamasında qeyd edib ki, bu ay da oruc tutacaq.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev:
“Mən inanclı insanam. Allahımıza inanıram, ibadət edirəm. Ancaq oruc tutmuram. Oruc tutmağın çox vacib amilləri var. İnsan saf, sərbəst, müəyyən vərdişlərdən uzaq olmalıdır. Ancaq biz daim iş yerində olur, səfərlərə gedir, insanlarla təmasda oluruqsa, elə bilirəm müəyən mənada bu prinsiplər pozulur. Ona görə də, hər kəs bu barədə düşünməlidir. Mən də düşünürəm və müəyyən səbəblərə görə, oruc tutmuram. Çünki qaydaları poza bilərəm. Əlbəttə ki, bunun özü də günahdır, bağışlanmazdır”.
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı










