Özünü maşından atan qız öldü – BAKIDA

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi, H.Əliyev prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Cəbrayıl Cəbrayılov idarə etdiyi “Fiat Doblo” markalı avtomobildə 1992-ci il təvəllüdlü Rəvanə Ağayeva ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində mübahisə edən Rəvanə özünü avtomobildən ataraq intihar edib. O, 2 saylı şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Rəvanə Ağayeva xəstəxanada ölüb. İlkin məlumata görə, Cəbrayıl Cəbrayılov ilə Rəvanə Ağayeva sevgili olublar. Hadisədən əvvəl sevgililər arasında mübahisə yaranıb və sonda mübahisə faciə ilə yekunlaşıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












