Özünü yandıran vətəndaş müəmması – Bank günahı yol polisinin üstünə atdı - VİDEO

Dünən «Muğanbank»ın qarşısında borca görə özünü yandıran Malik Hüseynovla bağlı bu gün bank məlumat yayıb. Bankdan Avtosfer.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində 23.11.2015-ci il tarixdə «Muğanbank» ASC-nin Binəqədi filialının qarşısında Hüseynov Malik Abbas oğlu adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP-yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb.
Maraqlıdır ki, dünən açıqlama verən Malik Hüseynovun həyat yoldaşı Aytən Hüseynova «qafqazinfo»ya bildirib ki, həyat yoldaşı bank vasitəsilə «Hyundai» markalı maşın götürüb: «Bu vaxta kimi banka 9000 manat ödəmişik. Faizlə birgə 12 min manat borcumuz qalmışdı. Noyabrın 21-də uşaq qabaqda əyləşdiyi üçün polis maşını saxlayıb və cərimə yazıb. Polis müəyyən edib ki, bank maşını axtarışa verib. İki aydır ki, borc ödənilməyib. Maşını cərimə meydançasına aparıblar. Polis banka xəbər verib, bank da maşını aparıb. Məhkəmə qərarı olmadan bank maşını müsadirə edib. Yoldaşım banka müraciət etsə də, maşını qaytarmayıblar. Buna görə də zəng edib dedi ki, bezmişəm və özümü yandıracağam. O, bu maşınla meyit daşıyıb bizə baxırdı, maşın olmasa biz acından ölərik, üç uşağımız var».
Xanımının sözlərinə görə, maşın «Muğanbank»ın filial müdiri Süleymanın (soyadını dəqiqləşdirə bilmədik) adına keçirilib: «Ərim özünü yandırandan sonra bankdan zəng vurub dedilər ki, gəlin maşını aparın».
Maraqlıdır, özünü yandıran şəxsin həyat yoldaşının dedikləri ilə bankın açıqlaması bir-birinə uyğun gəlmir. O zaman sual yaranır; Dövlət Yol Polisi əməkdaşı avtomobili hansı əsasla cərimə meydançasına aparıb və avtomobilə həbs necə qoyulub?
Fidan
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










