Özünün xəbəri yoxdur, amma adına "zapravka" var imiş - VİDEO

Heç bir müəssisədə işləməyən, sahibkarlıq fəaliyyəti olmayan vətəndaşın külli miqdarda vergi borcu olduğu məlum olub.
Tovuz sakini, 62 yaşlı Həmidə İbrahimova bu vaxta qədər həyətində xırda təsərrüfatla məşğul olub. Heç bir müəssisə və təşkilatda işləməyib, sahibkarlıq fəaliyyəti ilə də məşğul olmayıb.
O, bir neçə həftə əvvəl xəbər tutub ki, adına Bakıda yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Buna görə də 345 min manat vergi borcu yaranıb.
Vətəndaşa Bakı şəhəri, Xətai rayonunun İcra və probasiya şöbəsindən məhkəmə qərarı göndərilib. Hətta onun məhkəməyə gəlmədiyi halda məcburi gətirləcəyi də bildirilib.
Həmidə İbrahimova iddia edir ki, o heç bir sənədi imzalamayıb və öz adına VÖEN hesabı açdırmayıb.
Hüquqşünas Kamandar Hüseynov deyib ki, bu cür halla qarşılaşan şəxslər vergilər orqanına müraciət etməlidir.
Həmidə İbrahimova düşdüyü vəziyyətdlə əlaqədar yerli hüquq- mühafizə orqanlarına və digər qurumlara yazılı müraciət edib.
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?












