Parkinqdə bir saatdan beş dəqiqə keçəndə niyə iki saatın pulu tələb olunur?

Bakıda yerüstü pullu parklanma ərazisində ödəniş qaydalarının ədalətli təyin olunmaması ətrafında sosial şəbəkələrdə müzakirələr aparılır.
Avtosfer.az xəbər verir ki, sürücülər parkinq ərazisində bir saatdan beş dəqiqə artıq dayanmalı olanda birbaşa iki saatın pulunu ödəmək məcburiyyətində qaldıqlarından şikayət edirlər.
"Parkinqdə bir saatdan cəmi beş dəqiqə keçmişdi ki, avtomobili çıxartdım, amma iki saatın pulunu ödəməli oldum. Bunun səbəbi nədir? Niyə beş dəqiqəyə görə iki saatın pulu ödənməlidir?" - deyə şikayətçi yazır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş hər saata görə tam məbləğdə hesablanır.
"Qanunvericiliyə əsasən, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği zonalara uyğun olaraq müəyyən edilir.
Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş hər saata görə tam məbləğdə hesablanır.
Bakı şəhəri üzrə Mərkəz zonada parklanma bir saata görə 1 AZN, I zonada - 0.70 AZN, II zonada - 0.40 AZN, III zonada - 0.30 AZN, IV zonada isə ödənişsizdir. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 7:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar", - deyə açıqlamada bildirilir.
(oxu.az)
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












