Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb

"Son on gün ərzində tez-tez belə suallar eşitmişəm: əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyırlarsa, Azərbaycanın nəzarətində olan iki yüz kvadrat kilometrdən çox Ermənistan torpaqları necə olacaq?"
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri xalqa müraciətində bu suala cavab verməyə çalışıb:
"İzah etmək istəyirəm ki, bəyannamə və ilkin razılaşmada hər iki tərəf 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədlərin toxunulmazlığını və ərazi bütövlüyünü qəbul edib. Bu o deməkdir ki, Ermənistan və Azərbaycanın əraziləri keçmiş sovet respublikalarının sərhədləri ilə müəyyənləşir. Bu məsələlər delimitasiya və demarkasiya prosesində həll olunmalıdır. Burada yeni sülh məntiqi işləyir: Azərbaycanın nəzarətində olan Ermənistan ərazilərindən danışarkən biz Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərini də qəbul etməliyik. Həll yalnız qarşılıqlı və ədalətli sərhədlərin müəyyən edilməsi prosesi çərçivəsində mümkündür. Mən başa düşürəm ki, belə vurğular bəziləri üçün ağır qəbul oluna bilər. Amma məhz bu, yeni sülh məntiqidir. Biz reallığa və regiona fərqli baxmalı, yenidən qiymətləndirməliyik".
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










