Paşinyan: “Blokadadan qurtulmalıyıq, Azərbaycan Naxçıvanla nəqliyyat əlaqələri qurmalıdır”

“Kommunikasiyaların açılması xarici siyasətimizin prioritetlərindən biri olmalıdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Paşinyanın sözlərinə görə, kommunikasiyaların açılması üçün üçtərəfli işçi qrup fəaliyyətini davam etdirməlidir. “Üçtərəfli işçi qrup 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmasında kommunikasiyaların açılması istiqamətində konkret nəticəyə gəlməlidir. Hesab edirəm ki, 30 illik blokadadan qurtulmaq üçün ciddi imkanlar mövcuddur. Düzdür, bu elə də asan məsələ deyil, amma mümkündür”.
Paşinyan əlavə edib ki, 10 noyabr və 11 yanvar razılaşmasına əsasən Ermənistan Azərbaycan üzərindən Rusiyaya və İranla, Azərbaycan da öz növbəsində Naxçıvanla kommunikasiya və nəqliyyat əlaqələri qurmaq imkanı əldə etməlidir.
Paşinyan onu da bildirib ki, kommunikasiyaların açılması, zaman-zaman gündəmə gəlib: “Əgər məqsədə nail olmaq istəyiriksə, Ermənistanı nə az-nə çox olan qarşılıqlı əsasda bölgə üçün əlverişli mühitə çevirməliyik”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












