Paşinyan Qafan-Gorus yolunun bağlanmasından danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçilərinin Qafan-Gorus yolunu bağlamasından danışıb.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu barədə ölkə parlamentində bildirib ki, avqustun 25-i axşamdan Azərbaycan hərbçiləri yolun “SSRİ xəritələrinə əsasən Sovet Ermənistanının ərazisi olmayan” ərazidən keçən 21 km-lik hissəsini hərəkət üçün bağlayıblar: “Onlar bunu Azərbaycan sərhədçisinin ermənilər tərəfindən yaralanması ilə əsaslandırırlar. Biz rəsmi olaraq bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfini faktları təhqiqat aparmaq üçün bizə təqdim etməyə çağırıram”.
Paşinyan həmçinin bildirib ki, Ermənistan məsələni kökündən həll etmək niyyətindədir. Belə ki, onun sözlərinə görə, Qafan-Ağvani yolunun modernləşdirilməsi işləri sürətlə icra olunur: “Sünik vilayəti Ermənistandan ayrılmayıb. Biz belə vəziyyəti əvvəlcədən görürdük və ona görə də yol işlərini sürətlə həyata keçirməyə qərar vermişik”.
Qeyd edək ki, dünən Azərbaycan tərəfi Ruslan Şirəliyev adlı sərhədçimizin Qubadlı rayonunda iki erməni hərbçinin hücumuna məruz qalaraq, sinəsindən süngü yarası almasına dair məlumat yayıb. Ermənistan tərəfinin bu vəhşiliyinə cavab olaraq Azərbaycan sərhədçiləri Qafandan Gorusa gedən, 21 km-lik hissəsi Azərbaycan ərazisindən keçən yolda hərəkəti dayandırıblar.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












