Paslanmayan poladdan hazırlanan "Cybertruck" təhlükəsizdirmi? - Ölümcül qəzanın təfərrüatı
ABŞ-nin Texas ştatının Çembers dairəsində "Tesla Cybertruck" elektrik pikapının iştirakı ilə ilk ölümcül qəza baş verib.
Bu barədə "Electrek" nəşri məlumat verib.
Hələlik müəyyən edilməmiş səbəbdən avtomobil idarəetməni itirib, yoldan çıxıb və su borusuna çırpılıb. Toqquşma nəticəsində pikapda yanğın başlayıb. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində vəfat edib. Maşında sərnişinlərin olub-olmaması barədə məlumat verilməyib.
Qeyd etmək lazımdır ki, paslanmayan poladdan hazırlanan "Tesla Cybertruck" hələ müstəqil şirkətlərin çırpılma ("crash") testlərindən keçməyib.
Hazırda pikap yalnız "Tesla"nın özü tərəfindən sınaqdan keçirilib. Bu, innovativ elektromobilin təhlükəsizliyi ilə bağlı suallar doğurur.
Polis baş verənlərlə bağlı araşdırmaya başlayıb. Qəzanın səbəbləri istintaq zamanı müəyyən ediləcək. (oxu.az)
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA














