“Patı” satan dostlar saxlanıldı

Ağstafada “patı” satan şəxslər saxlanılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əvvəllər məhkum olunmuş Elmar Kərimov Ağstafa RPŞ tərəfindən saxlanılıb və onun üzərindən 2 ədəd sellofan bükümdə “heroin” və 2 ədəd sellofan bükümdə “metamfetamin” aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E. Kərimov narkotik maddəni onlayn yolla Bakı şəhərindən əldə etdiyini, bir qismini isə dostu Sərxan adlı şəxsin avtomobilində saxladığını bildirib. Avtomobilə baxış zamanı oradakı əl çantasından 1 ədəd sellofan bükümdə “heroin”, 3 sellofan bükümdə “patı”, “tiryək”, qurudulmuş “marixuana”, həmçinin narkotik vasitələri qablaşdırmaq üçün müxtəlif sellofan torbalar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
E. Kərimovun əldə etdiyi narkotik vasitənin bir qismini dostu, Qazax rayon sakini Sərxan Əfəndiyevə verdiyini bildirib.
S.Əfəndiyevə məxsus avtomobilə baxış keçirilən zamanı yük yerindən çantadakı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb. S. Əfəndiyev də saxlanılaraq istintaqa təhvil verilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












