Paytaxt yollarında qəzalarla bağlı vəziyyət açıqlandı: 204 ölü

2015-ci il yanvarın 1-dən noyabrın 21-dək paytaxt ərazisində 708 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 204 nəfər ölüb, 768 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün istiqamətlərdə müsbət tendensiya müşahidə edilib: "Ötən ilin analoji dövrü ilə müqayisədə hadisələrin sayı 113 fakt, ölüm sayı 81 fakt, xəsarət alanların sayı isə 56 fakt azalıb. Bundan əlavə alınan xəsarətlərin dərəcələri də yüngülləşib. Bu halların azalması bizi də sevindirir. Məsələn, ölüm hallarının 81 fakt azalması az şey deyil. Bu, insan həyatı deməkdir. Ona görə də yol polisi yollarda hərəkətin təhlükəsizlyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirləri bundan sonra da qanunvericiliyin tələblərinə uyğun davam etdirəcək".
V.Əsədov əlavə edib ki, bu müddət ərzində yol polisləri tərəfindən 854066 inzibati protokol tərtib edilib: "Bunlardan 102200 halda piyadalar cərimə olunub. Bundan əlavə 15305 sürücü avtomobili sərxoş halda idarə etdiyinə, 4360 sürücü qəza şəariti yaratdığına, 12358 sürücü avtomobillə işıqforun qırmızı işığında keçdiyinə, 2312 sürücü sərnişindaşıma, 8600 sürücü isə ötmə və manevretmə qaydalarını qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb ediliblər. Mərkəzi Məlumat Xidməti tərəfindən isə qaydalarının pozulması ilə bağlı 307370 halda sürücülər barəsində elektron protokol tərtib edilərək ünvanlarına göndərilib".
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!










