Paytaxtı yenə tıxac, səs-küy bürüyəcək... - Məktəb avtobusları təşkil edilə bilər?

"Sabahdan yeni dərs ilinə start verilir və hər il olduğu kimi yenə də Bakı şəhərində, xüsusilə məktəblərin ətrafında tıxaclar qaçılmazdır".
Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O, əvvəlki illərə nisbətən məktəblərin ətrafında, qarşısında seyrəkliyin müşahidə ediləcəyini bildirib:
"Çünki pandemiya ilə əlaqədər olaraq şagirdlər bölünüb. Bu, əslində yaxşı təcrübədir. Düzdür, xəstəlik var, hamı narahatdır, amma pandemiya həm də yaxşı təcrübənin əsasını qoyub - gələcəkdə də tədris bu formada davam etdirilə bilər. Valideynlərin əksəriyyəti övladlarının birinci növbədə dərsə getməsinin tərəfdarıdır, amma əhalinin rahatlığını, yol təhlükəsizliyini nəzərə aldıqda, bunlar arxa plana keçir. Yəni dərslər bəlli saatlarda başlamamalıdır - mütləq səhər 8-də, hamı eyni vaxtda dərsə getsin, saat 1-də də dərsdən çıxsın. Belə olan halda, şəhərdə xaotik vəziyyət yaranır. Bu istiqamətdə Təhsil nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabineti ilə birlikdə müəyyən layihə hazırlaya bilər ki, məktəblərdə dərs saatları fərqli olsun və bununla da məktəblərin ətrafındakı sıxlığın qarşısı alınsın. Həm də məktəblini aparıb gətirən sürücü həmin saatlarda yolda olmayacaq və bu o deməkdir ki, nəqliyyat yükü azala bilər".
Müsahibimiz qeyd edib ki, gələcəkdə məktəbli avtobusu xidməti yaradılmalıdır:
"Fikrimcə, avtomobili olan əksər valideynlər bu layihəni böyük məmnuniyyətlə dəstəkləyərlər. Çünki valideyn istənilən halda vaxt itirir, yanacaq sərfiyyatı olur və s. Bu xərcləri hesablayanda onun elə üçdə birini məktəbli avtobusuna aylıq haqq kimi ödəsə, daha əlverişli olar. Tutaq ki, 20 şagird məktəbə eyni avtobusla gedirsə, məktəbin ətrafından 20 avtomobil azalar. Bu layihələr üzərində düşünmək lazımdır. Təəssüf ki, aidiyyatı dövlət qurumları hər il tədris başlayan zaman yalnız şifahi xəbərdarlıqlar edir, açıqlamalar, sürücülərə tövsiyələr verir. Amma real şəraiti görüb buna uyğun adekvat addım atmırlar. Dərs başlayacaq yenə yol polisi əməkdaşları pik saatlarda məktəbin qarşısında duracaqlar, orada hərəkəti tənzimləyəcəklər, aləm bir-birinə dəyəcək, yenə sıxlıq, tıxac, səs-küy. Mənzərəni görüb müəyyən addım atmamaq artıq problemdir və bu barədə ciddi düşünmək lazımdır".
Xatırladaq ki, sabah Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR










