Paytaxtın bu ərazisində ev qiymətləri 2-3 dəfə artacaq

İqtisadi və Sosial İnkişaf Mərkəzi verdiyi ümumi məlumatda bildirib ki, son aylarda daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunub. Fərdi yaşayış evləri mənzillərə nisbətən 0.4% daha çox bahalaşıb. Bahalaşmanın səbəbini öyrənmək üçün bəzi araşdırmalar etdik.
Avtosfer.az xəbər verir ki, əmlak məsələləri üzrə Elnur Azadov Referans.az-a açıqlamasında bildirib ki, fərdi həyət evlərində qiymət artımı ilə bağlı daxil olan informasiya mənbələri müxtəlifdir:

“Fərdi evlərlə bağlı qiymət artımından bəhs etdikdə bunu coğrafi faktora bağlamaq daha doğru olardı. Belə evlərin yerləşmə məkanına görə daha çox qiymət fərqi olur. Məsələn, belə evlər daha çox harada tikilirsə, ələlxüsus da “makler” evləri adlanan qanunsuz tikililər var ki, bu evlər müəyyən bir ərazidə kütləvi şəkildə tikildiyinə görə onların arasında rəqabət olur. Belə kompakt tikililərin qiymətləri müəyyən qədər aşağı olur. Amma elə bir ərazi ola bilər ki, orada evlərin sayı məhduddur və tələbat da çoxdur. Belə yerdə qiymət də avtomatik qalxır. Buna görə də konkret bunu bir əraziyə şamil etmək olmaz. Hər ərazinin bu formada qiymət artımı var, bu da bazarın tələbatına görə labüddür”.
Ekspert bildirib ki, regionlarda isə qiymət məsələsi iki faktora əsasən dəyişir:
“Regionlarda bağ evləri anlayışı daha çox mövsümi istirahətlə bağlıdır. Məsələn turizm inkişaf etmiş ərazilərdə bağ evlərini qiyməti həmişə qalxıb və qalxmaqda davam edir. Bu şəhərlərə Qəbələ, İsmayıllı, Quba, Lənkəran və s. şəhərlər aiddir. Bu yerlərdə tələbatdan asılı olaraq qiymət həmişə labüd olub”.
Elnur Azadov qeyd edib ki, torpağın tükənən məhsul olması onu daha dəyərli edir. O bildirib ki, hazırda Bakı ərazisində böyük sıçrayış olan ərazi Nardaranda yerləşən Ləhiş bağları ərazisidir. Burada möhtəşəm bir inkişaf gedir. Bu ərazidə Qafqazda olmayan turizm və infrastruktur zonası yaradılıb ki, bu səbəbdən də ərazidə qiymətlər ikiqat artıb və artmaqda da davam edəcək.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












