Paytaxtın bu hissəsində söküntü işləri başlayır: sakinlər köçürüləcək - VİDEO

Bakının Yasamal rayonu ərazisində söküntü işləri başlayacaq.
Məlumata görə, söhbət Yasamal rayonunun 2-ci Alatava massivindən gedir.
Sakinlərin sözlərinə görə, aiddiyyəti qurumun işçiləri bir neçə gün əvvəl əraziyə baxış keçiriblər.
Alatava sakinləri bildiriblər ki, onlara görüləcək işlərlə bağlı hələlik heç bir məlumat verilməyib.
Ərazidə yaşayan sakinlər və mülkiyyət sahibləri söküntü işlərinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar kompensasiya məsələləri və yeni yaşayış yerlərinin təminatı ilə bağlı məlumatların dəqiq olmamasından narazıdırlar.
Onlar deyirlər ki, bundan əvvəl də bir neçə dəfə icra əməkdaşları ərazidə olublar.
Qeyd edək ki, bu ərazi şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir. Xırdalan dairəsindən üzü “20 Yanvar” metrostansiyasına tərəf və əks istiqamətdə daim tıxacın olması bu yola alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı prosesə start verilməsini prioritetə çevirib. Yeni çəkiləcək yollar və tikiləcək yol ötürücülərinin bir hissəsi 2-ci Alatava qəsəbəsi ərazisindən keçəcək. Bu plana uyğun olaraq ərazidə müasir infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır.
Söküntü işlərinin başlanması ilə bağlı isə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazinin sökülməsi ilə bağlı yaxın günlərdə açıqlama veriləcək.
Ətraflı videomaterialda.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










