Pirallahıda Mübariz İbrahimov küçəsi təmir olunub - FOTO

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 km uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunub.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kv.m təşkil edib.
Təmir işlərinin sonuncu mərhələsi üzrə üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Xatırladaq ki, agentlik tərəfindən cari ildə Pirallahı rayonunda uzunluğu 2.9 km olan Süleyman Bağırov və uzunluğu 1.1 km təşkil edən Gənclik küçələrində də təmir işləri aparılıb.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















