Piyadalara və sürücülərə çətinlik yaradan yol

Xətai rayonu, Xudu Məmmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində hərəkətin tənzimlənməsi üçün yerləşdirilən işıqforlar normal işləmir. Bundan başqa, ərazidə piyada xətlərinin olmaması da ətrafda yaşayan sakinləri çətin vəziyyətə salıb. Mövcud durumdan ən çox əziyyət çəkənlər isə əlilliyi olan şəxslərdir.
Avtosfer.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, artıq uzun müddətdir, burada bu vəziyyət hökm sürür. Hətta ərazidəki işıqforların bir qismi işləmir.
Sakinlərin sözlərinə görə, bu vəziyyət sürücülərə də çətinlik yaradır.
Problemlə əlaqədər Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirildi ki, qeyd edilən ünvanda olan piyada işiqforunun işıq siqnallarında texniki problem yaranır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən problemin həll edilməsi istiqamətində işlər görüləcək.
O ki qaldı ərazidə piyada xətlərinin olmamasına, bununla bağlı isə AYNA-dan bildirildi ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir. Müvafiq işlər sözügedən küçədə də aparılacaq. Hərəkət iştirakçıları ərazidə quraşdırılan yol nişanlarının tələblərinə riayət etməlidirlər.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












