Polis Bakı Avtovağzalını nəzarətə götürdü: Bu səbəbə görə - RƏSMİ AÇIQLAMA

İki gün əvvəl Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) qarşısında hər hökm sürən xaosla bağlı məlumat vermişdik. Bildirlmişdi ki, Beynəlxalq Avtovağzalın qarşısında demək olar ki, hər gün qanunsuz sərnişindaşıma prosesi baş verir və bunun qarşısını almaq qəliz bir məsələyə çevrilib. Şəxsi avtomobillərini harada gəldi saxalayan sürücülər müştəri yığmaq üçün baqajı açaraq gedəcəklərin rayonların adı yazılmış lövhələr asırlar və müştəri gözləyirlər. Nəticədə Biləcəri dairəsinə daxil olmaq, dairədən Avtovağzala doğru hərəkət etmək çətinləşir.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları ərazidə xidmət aparır. “Qanunsuz sərnişindaşımanın qarşısı tam alınana və ərazidə qanunvericiliyin tələbləri bərpa olunana qədər polis xidmətini davam etdirəcək. Qanunsuz sərnişindaşıma ilə bağlı fəaliyyətin qarşısı alınıb və nəzarət tədbirləri davam edir. Hazırda ərazi polis tərəfindən nəzarətə götürülüb.”
Orxan
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












