Polis əməkdaşları Anım Günü ilə əlaqədar ağac əkiblər - FOTO

Polis əməkdaşları Anım Günü ilə əlaqədar ağac əkiblər. Avtosfer.az xəbər verir ki, 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər. Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, nazirliyin aidiyyəti baş idarə, idarə və xidmətlərinin rəisləri, digər vəzifəli şəxslər iştirak ediblər.
Əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular boş qalmış ərazidə abadlıq və təmizləmə işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
















