Polis rəisini bıçaqlayanların məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində polis bölməsinin rəisini bıçaqlamaqda və digər cinayətlərdə təqsirləndirilən Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəməsi davam etdirilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, prosesdə zərərçəkmiş şəxs qismində 5-ci polis bölməsinin rəisi Anar Şıxaliyev ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: “Dostum Ələddinin avtomobili məndə idi. Getdiyim yerdə bir “Niva”, bir də “Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. İki nəfər məni bıçaqladı, sonra qaçdı. Lakin şikayətim yoxdur. Çünki onlar məni başqası ilə səhv salıblar”.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Ələkbər Qəhrəmanov ifadə verib. O, ifadəsində özünü qismən təqsirli bilib, əlavə edib ki, Anar Şıxaliyevi başqa bir adamla səhv salaraq cinayəti törədiblər. Məhkəmə prosesi noyabrın 4-də davam edəcək. Qeyd edək ki, hadisə ötən il iyunun 20-də "Xutor" qəsəbəsində qeydə alınıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












