Polis sabiq futbolçunu sərxoş halda saxlayıb

Polis Rusiya millisinin sabiq futbolçusunu sərxoş halda saxlayıb. Rusiya milli komandasının sabiq futbolçusu Pavel Poqrebnyak xoşagəlməz hadisə ilə üzləşib. Avtosfer.az apasport.az-a istinadən xəbər verir ki, Moskva “Dinamo”sunun 32 yaşlı hücumçusu içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Noyabrın 3-də səhər saxlanılan futbolçunun orqanizmində 0,44 promille alkoqol aşkarlanıb. Moskva polisi futbolçunun sənədlərini məhkəməyə verməyə hazırlayır. Poqrebnyakı sürücülük hüququndan 1,5 illik məhrum edilməklə yanaşı, böyük pul cəriməsi gözləyir. Qeyd edək ki, bu ilin avqustunda İngiltərənin “Ridinq” klubundan “Dinamo”ya keçən hücumçu 2006-12-ci illərdə Rusiya millisində 33 oyuna 8 qol vurub. O, 2009-cu il martın 28-də Azərbaycan yığması ilə Moskvadakı matçda (2:0) da iştirak edib. Pavel “Zenit”in heyətində Rusiya çempionu (2007) və UEFA kubokunun (2007/08) qalibidi.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












