Polis sürücünü tapana 1000 manat verəcək - VİDEO

Ötən gecə 00:20 radələrində Şəkidə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü, Şəki rayon İncə kənd sakini İsmayılov Mübariz Qurbanəli oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan şəxs elə hadisə yerindəcə keçinib.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib.
Hadisəni törədən sürücünün axtarışları isə davam etdirilir.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsi vətəndaşlara müraciət edib. Müraciətdə həmin qəza hadisəsini görən şəxslərdən dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Şəki Şəhər Rayon Polis Şöbəsi məlumat verən şəxsə onun anonimliyi qorunmaq şərti ilə 1000 manat məbləğində pul mükafatının veriləcəyini bildirir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












