Polisi motosiklet "ovu"na başlayıb

"Bakıda yol polisi tərəfindən ikitəkərli nəqliyyat vasitələrinə qarşı "ova" başlayıb". Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə tanınmış aparıcı, telejurnalist Azər Qəribov bildirib. Onun sözlərinə görə, artıq bir müddətdir ki, yol polisi xüsusilə motosikletləri saxlayaraq cərimə meydançasına göndərir. Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin kuryerləri öz işlərini yerinə yetirməkdə çətinlik çəkir. Telejurnalist bu problemə diqqət çəkərək yol verilən nöqsanların aradan qaldırılmasını tələb edib: "Yol polisinin tək izahatı ondan ibarətdir ki, bəzi motosikletçilər yol hərəkət qaydalarına riayət etmirlər və qəzalar edir. Yəni, əgər hansısa bir yolda vətəndaş avtomobili ilə qəza törədirsə, onda bütün avtomobilləri sürmək qadağan edilməlidir? Əgər yol polisi qaydaları pozan motosikletçilərin öhdəsindən gələ bilmirsə, onda daha peşəkarları işə cəlb etmək lazımdır. Neftçilərin prospektində quraşdırılmış nişan motosikletlərin hərəkətini qadağan edir. Yol polisi bu cür addımlarla özləri qəza vəziyyəti yaradır", - deyə A.Qəribov bildirib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












