Polisin səlahiyyətləri artırıldı - Qanun pozan əcnəbilər ölkədən qovulacaq

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin bir sıra qanun pozuntularına görə xarici vətəndaşları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüququ haqqında qanun imzalayıb. “Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə sənəd hüquqi informasiya portalında dərc olunub.
“Federal qanun layihəsi <...> xarici vətəndaşların deportasiyası və inzibati qaydada qovulması mexanizmlərinin unifikasiyasına və onların ölkədən çıxarılması səlahiyyətlərinin daxili işlər orqanlarında (polis) cəmləşdirilməsinə yönəlib”, – qanunun şərhində qeyd olunub.
Sənədə əsasən, polis əməkdaşları qanunvericiliyə zidd olaraq inzibati xətalara, o cümlədən narkotik vasitələrin daşınmasına, ictimai yerlərdə spirtli içki qəbul etməsinə, habelə pedofiliya və qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etməyə, vicdan və dini azadlıq haqqında qanunvericiliyi pozmaqla missionerlik fəaliyyətinə görə xarici vətəndaşların ölkədən çıxarılması barədə müstəqil qərar qəbul edə bilər.
Qeyd olunub ki, yeni tədbirlər qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək, buna qədər əcnəbilərin inzibati qaydada çıxarılması ilə bağlı qərarları yalnız hakimlər və sərhədçilər qəbul edə bilər.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, yeni rejim sənədlərinin müddəti bitmiş və ya ləğv edilmiş, yaxud qanun pozuntusuna yol vermiş miqrantlara şamil ediləcək: “Əcnəbilər xüsusi reyestrə salınacaq və onlar özləri yerləşdikləri yer haqqında polisə məlumat verməlidirlər”.
Xatırladaq ki, daha əvvəl 2024-cü ilin iyununda Dövlət Duması miqrasiya sahəsində nəzarəti gücləndirən qanun layihələri paketini təsdiqləmişdi.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












