Polkovnikin baş leytenantı döyməsinə - DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi 25-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Rafael Albabayev və müavini, mayor Şakir Rüstəmov tərəfindən həmin bölmənin əməliyyat müvəkkili, baş leytenant Səməd Düsturovun döyülməsi məsələsinə münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda əməliyyat müvəkkili ilə bağlı araşdırmalar aparılır: “Əslində Səməd Düsturov, ümumiyyətlə, polis orqanlarında xidmət etdiyi qısa müddət ərzində özünü bir əməkdaş kimi mənfi cəhətdən göstərib. Bunun nəticəsi olaraq bir neçə dəfə iş yerini dəyişib, xidməti nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün bir neçə dəfə rəhbərlik tərəfindən cəzalandırılıb. Lakin bu əməkdaş həmin intizam tənbehi tədbirlərindən özü üçün heç bir nəticə çıxarmayıb və həmin hərəkətlərini davam etdirib. Onun döyülməsi kimi qeyd olunan məsələ isə əslində Düsturovun növbəti xidməti qəbahətlərindən biridir. Həmin fakt üzrə aparılan yoxlama zamanı əməliyyat müvəkkilinin guya döyülməsi öz təsdiqini tapmayıb.
Hazırda onun barəsində aparılan araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












