Prezident İlham Əliyev: Bakıda Paris məhəlləsi yaradılır

“Fransa prezidentinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminəm”. Bunu Bakı Fransız Liseyinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı deyib ki, ölkələr arasında çox sıx əlaqələr var və bu rəsmi səfər də bunu təsdiqləyir: “Daim fikir mübadiləsi aparır, beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin yüksək olması digər sahələrə də təsir göstərir. Sabah iqtisadi əlaqələr təkan vermək üçün biznes forum keçiriləcək. Fransadan da çoxlu sayda iş adamı gəlib, ticari əlaqələrin daha da genişlənəcəyinə inanıram”.
Dövlət başçısı iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişaf etdiyini də bildirib. Prezident qeyd edib ki, yüzlərlə Azərbaycan gənci Fransada təhsil alır: “Səfərinizin bu liseydən başlaması Sizin də təhsilə böyük önəm verdiyinizi göstərir. İnanıram ki, bu liseydə təhsil alan gənclər iki ölkə arasında əlaqələri inkişaf etdirəcəklər. Burada fransız uşaqlar öz dilində təhsil alacaq, Vətənlərinə bağlı ocaq, azərbaycanlı uşaqlar isə fransız dilini öyrənəcəklər”.
Prezident İlham Əliyev qeyd edib ki, dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyil: “Bu təhsil müəssisəsində bir-birinə hörmətlə yanaşan gənclər yetişəcəklər. Bu lisey Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaq. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu gün Bakıda açılan lisey isə Fransa səfirliyindən sonra Fransanın ikinci parçası olacaq”. Dövlət başçısı nəzərə çatdırıb ki, Ağ Şəhərdə Paris məhəlləsi yaradılır: “Əminəm ki, Fransa prezidentinin Azərbaycana səfəri uğurlu olacaq”.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












