Prezident Sərəncam imzaladı: 10 min manat verilir

Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.
Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nədən ibarətdir?
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub.
Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı 10 ədəddir.
Elm və təhsil sahələri üzrə – 2 mükafat
Mədəniyyət sahəsi üzrə – 2 mükafat
İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat
Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat
İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat
Hər bir Prezident Mükafatı 10000 (on min) manat məbləğindədir.
Gənclər üçün Prezident Mükafatının diplomu, nişanı və həmin nişanın vəsiqəsi də var.
Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa da verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.
Mükafat ildə bir dəfə, 2 fevral Gənclər günü ərəfəsində verilir.
Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.
Nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər:
elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi;
mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə – Mədəniyyət Nazirliyi;
ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu;
gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və qeyri-hökumət təşkilatları;
innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər Fondu.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











