"Prezident tələb etdi ki, bu cinayətkar dəstə zərərsizləşdirilsin" - Video

Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Avtosfer.az-ın məlumatına görə, bunu AzTV-yə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib. O, bildirib ki, dövlət və konstitusion quruluşu dəyişməyə yönələn cinayətkar aktların qarşısı dövlət qurumları tərəfindən alınmalıdır:
"Ona görə də ölkəmizin prezidenti, Ali Baş Komandan hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu cinayətkar, silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan dövlətinin qanunlarına riayət etməsi haqqında ciddi tədbirlər görülsün. Bu tədbirlər görülməyə başlandı. İlk tədbir zamanı silahlı müqavimət oldu. Avtomat və qumbaralardan daxili işlər orqanlarının əməkdaşlarına silahlar işlədildi. Silahlı dəstənin zərərsizləşdiriməsi zamanı 2 əməkdaşımız şəhid oldu”.
Nazir qeyd edib ki, qəsəbədə keçirilən əməliyyatlar zamanı 5 nəfər məhv edilib: "Əməliyyatlar zamanı 6 avtomat, çoxlu sayda tapança və partlayıcı qurğu aşkar edirilib. Əməliyyatlar davam etdirilir".
R.Usubov əlavə edib ki, artıq 23-cü dəfədir ki, Nardaranda polislə sakinlər arasında qarşıdurma yaşanıb. Nazir Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post patrul xidmətlərinə təhvil versinlər. R.Usubov qeyd edib ki, Nardaran istisna olmaqla, hazırda Azərbaycanda hər yerdə əmin-amanlıqdır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












