Prezidentin qarşısında "ruçnoy" çəkdiyini deyən gənc - VİDEO

Gənc oğlanın sosial şəbəkələrdə paylaşdığı video birmənalı qarşılanmayıb.
Avtosfer.az bildirir ki, "VAZ 2107" idarə etdiyini və yüksək “avtoşluq” xüsusiyyətləri olduğunu deyən gənc ölkə başçısının adını öz oyununa alət edib. Belə ki, o, Prezidentin qarşısında "ruçnoy" çəkdiyini və bu əməlinə görə tərifləndiyini deyir. Hələ bu azmış kimi sürücü Azərbaycan, Türkiyə, Rusiya prezidentlərinin də onun bu əməlini “alqışladığını” vurğulayır.
Xülyalar aləmində yaşayan, avtoxuliqanlığı “qəhrəmanlıq” hesab edən bu cür şəxslər bütün günü sosial mediada belə qanun pozuntularını təbliğ edirlər. Hətta iş o yerə çatıb ki, Ali Baş Komandanı da öz yersiz zarafatlarına alət edirlər. Ümid edirik ki, bu “zarafatı” edən gənc əməlinin nə dərəcədə mənasız və yersiz olduğunun fərqinə varacaq. Videonu təqdim edirik:
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH












