Prezidentin təltif etdiyi gənclər kimlərdir? - FOTOLAR

Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifi nəzərə alınaraq elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər mükafatlandırılıb.
Avtosfer.az xəbər verir ki, "Teleqraf" təltif olunan gənclərdən bəziləri barədə məlumatları təqdim edir:
Gülbağda Leysanova “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiridir.

Sərxan Ağadadaşov – Milli Aviasiya Akademiyasının Uçuş aparatlarının işlənib hazırlanması laboratoriyasının layihələndirmə üzrə aparıcı mühəndisidir.
O, Milli Aviasiya Akademiyasını təmsil edən "MokingJay" komandasının üzvü kimi pilotsuz uçuş aparatları kateqoriyasında "TEKNOFEST Azərbaycan" festivalının qalibi olub.

Elmina Həsənova mezzo-soprano səs tembirinə malik opera ifaçısıdır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində Operalia müsabiqəsində ikinci yerə və Pepita Embil mükafatına layiq görülüb.

Leyla Həsənova Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi vəzifəsində çalışır.O, ADA Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.

Mahir Tağızadə Azərbaycanın gənc opera müğənniləri nəslinin ən görkəmli nümayəndələrindən biridir. Güclü bariton və zəngin səhnə ifaçılığı ilə o, həm ölkə daxilində, həm də xaricdə tanınır.

Səməd Novruzov – Əslən Şuşadandır. Bakı Musiqi Akademiyasını bitirib. vokolistdir. Hazırda DOST İnklüziv və Yaradıcılıq Mərkəzində çalışır.

Lamiyə Məmmədova daha öncə “Böyük Qayıdış” Gənclər Təşkilatının proqram meneceri kimi fəaliyyət göstərib. Hazırda Qarabağ Universitetinin əməkdaşıdır.

Mahmud İsmayılov - “TEKNOFEST Azerbaijan 2022” festivalında Robototexnika Müsabiqəsi üzrə qızıl medal qazanıb. Bundan başqa, o, həmin festivalda BakuSkills - 3D Çap Müsabiqəsi üzrə gümüş medala yiyələnib.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












