Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - “Boz kardinal” nə deyəcək?

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun məhkəmə istintaqı başlayır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə əsas iclas keçiriləcək.
Ev dustaqlığında olan 88 yaşlı Ramiz Mehdiyev səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmir. O, ilk iclas da videokonfrans vasitəsilə iştirak edir.
İş materiallarının həcminin böyük və epizodların çoxsaylı olması nəzərə alınaraq prosesdə prokurorluğun iki dövlət ittihamçısı iştirak edir.
Bu gün dövlət ittiham aktını elan edəcək, Ramiz Mehdiyevdən özünü təqsirli bilib-bilmədiyi soruşulacaq. Ardınca Ramiz Mehdiyev hakim qarşısında sərbəst ifadə verə bilər.
Proses yaxın saatlarda başlayacaq.
Qeyd edək ki, Ramiz Mehdiyev ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə, dövlətə xəyanətdə, külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilir.
İttiham olunduğu maddələr üzrə nəzərdə tutulan cəzalar arasında ömürlük azadlıqdan məhrumetmə də var.
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












