PUA-ların kibertəhlükəsizliyinin təmin olunması istiqamətində tədqiqatlar aparılır

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələri müzakirə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə “AZƏRTAC”a institutdan məlumat verilib.
Mövzunu təqdim edən institutun doktorantı Orxan Vəlixanlı dissertasiya işinin məqsədinin pilotsuz uçuş aparatlarına (PUA) edilən kiberhücumları yüksək dəqiqliklə aşkarlaya bilən, yüksək sürətli, özü-özünü təlimləndirən, müxtəlif kiberhücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.
Məruzəçi qeyd edib ki, son zamanlar pilotsuz uçuş aparatlarını hədəf alan kiberhücumların sürətlə artması, PUA-lara olan kibertəhlükələrin aşkarlanmasının başlıca prioritetlərdən biri olması, eləcə də bu aparatlarda proqram təminatından istifadə nəticəsində kibertəhlükələrin aşkarlanmasının vacibliyi dissertasiya işinin aktuallığını şərtləndirir. Buraya, həmçinin PUA-lara olan kiberhücumların aşkarlanması üçün mövcud metodların, o cümlədən bu aparatların naviqasiya sisteminə edilən kiberhücumların aşkarlanması üçün olan metodların və yerüstü idarəetmə sistemindəki zərərli proqramların aşkarlanması üçün olan metodların yetərsiz olması kimi amillər də daxildir.
O.Vəlixanlı dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələrinin 1-i “Web of Science”, 2-si “Scopus” elmi bazasında olmaqla, ümumilikdə 4 məqalə və 7 konfrans materialında öz əksini tapdığını diqqətə çatdırıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması istiqamətində aparılan tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini bildirib. Alim pilotsuz uçuş aparatlarını hədəf alan kiberhücumlara qarşı mübarizə istiqamətində yerinə yetirilən tədqiqatların ölkənin təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli bir töhfə olduğunu vurğulayıb. Akademik R.Əliquliyev mühüm elmi problemə həsr olunmuş dissertasiya işinin tamamlanaraq müdafiəyə təqdim olunmasını tövsiyə edib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












