Pullu dayanacaq problemi: "Qeydiyyatda olmayan ailə üzvlərinə pulsuz parklanma imkanı verilmir"

Bakı şəhərində pullu parklanma yerlərinin tətbiqindən sonra bir çox sakinlər avtomobillərini yaşadıqları və ya yaxınlarının yaşadığı ərazilərdə park etməkdə çətinlik çəkirlər.
Oxu.az-a daxil olan şikayətdə bildirilir ki, ailədə dörd nəfərin avtomobili olmasına baxmayaraq, yalnız bir nəfər - ata yaşadığı binanın yaxınlığındakı parklanma yerindən ödənişsiz istifadə edə bilir.
"Biz ailədə altı nəfərik. Atamla birgə dördümüzün avtomobili var. Problem ondadır ki, valideynlərimizin yaşadığı binanın ətrafında pullu dayanacaqlar təşkil edilib. Biz atamgilə qonaq getdikdə avtomobillərimizi park etmək üçün mütləq ödəniş etməli oluruq. Səbəb olaraq göstərirlər ki, həmin ünvanda qeydiyyatda deyilik. Bu nə dərəcədə doğrudur və bu vəziyyətdə ödənişsiz dayanacaqdan necə yararlana bilərik?" ,- deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ödənişli dayanacaqlarda yalnız həmin ərazi üzrə qeydiyyatda olan şəxslərə fərdi parklanma talonu təqdim olunur.
"Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.
Eyni yaşayış ünvanı üzrə qeydiyyatda olan hər vətəndaşın adına olan avtomobil üçün bir parklanma talonu verilir.
Konkret olaraq qeyd etdiyiniz məsələyə gəlincə, ailədə dörd nəfərin avtomobili varsa, bu nəqliyyat vasitələrinin hər biri ayrı-ayrılıqda bu ünvanda qeydiyyatda olan sakinlərin adına olmalıdır. Yalnız bu halda həmin ailənin hər bir üzvünə fərdi parklanma talonu verilir", - deyə T.Orucov bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












