Pulu geri tələb etmək hüququnuz var — Bu sənədi tələb edin

Tibbi xidmətlər zamanı pasiyentlə həkim arasında hüquqi münasibətlər aydın şəkildə tənzimlənməlidir. Gözləntilərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsi sonradan yaranan narazılıqların qarşısını alır. Xüsusilə nəticəyə həssas yanaşılan müdaxilələrdə bu məsələ daha böyük əhəmiyyət daşıyır. Yazılı razılaşma tərəflərin məsuliyyət sərhədlərini müəyyən edir. Bu yanaşma həm hüquqların qorunmasına, həm də mübahisələrin ədalətli həllinə şərait yaradır.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov bildirib ki, bunlar mahiyyət etibarilə xidmət müqaviləsindən irəli gələn məsələdir:
“İstər estetik əməliyyat, istərsə də digər tibbi xidmətlər zamanı tərəflər arasında bağlanan müqavilədə gözlənilən nəticə konkret göstərilməlidir. Müqavilədə həkimin nəticəyə tam və ya qismən cavabdehliyi ayrıca qeyd oluna bilər. Əgər göstərilən nəticə əldə olunmazsa, vətəndaşın ödədiyi məbləği geri tələb etmək hüququ var. Həmçinin əlavə zərər yaranıbsa, bunun kompensasiyası da tələb oluna bilər”.
O bildirib ki, tərəflər razılığa gələ bilmədikdə məsələ məhkəmə qaydasında həll olunur:
“Buna görə də müqavilədə nəticə ümumi ifadələrlə deyil, konkret şəkildə göstərilməlidir. Estetik müdaxilələrdə subyektiv yanaşmalar olduğuna görə, nəticənin vizual təsviri də müqaviləyə əlavə edilə bilər. Məsələn, gözlənilən görünüşü əks etdirən şəkil sənədə daxil edilərsə, sonradan mübahisələrin qarşısını almaq daha asan olar”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












