Putinin Bakı səfəri İranı hərəkətə gətirdi - Zəngəzurla bağlı nə baş verəcək?

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani ABŞ-ın hərbi cəhətdən Ermənistanda yerləşməsinə etiraz edib. İran bu bəyanatları verməyə davam edəcək. Amma İran-Ermənistan münasibətləri buna görə korlanmayacaq. İranın bu açıqlaması Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra baş verməsi onu göstərdi ki, bu məsələdə Moskva da öz narahatlığını İrana bir formada bildirib. Eyni zamanda İranda bununla bağlı bu şəkildə bəyanatla çıxış edib. Amma Tehran böyük ehtimalla təxmin edir ki, ABŞ-ın Zəngəzurdakı varlığı həmin dəhlizin açılmasının qarşısını almaqdır və bu baxımdan İranın da işinə yarayır.
Avtosfer.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, İran hər vəchlə bu koridorun qarşısının açılmasının tərəfdarıdır:
"ABŞ niyə Zəngəzurda yerləşməyə çalışır, çünki həmin dəhlizin Rusiya nəzarətində açılmasının qarşısını almaq istəyir. İran üçün əlverişli mövqe budur ki, bu dəhliz ümumiyyətlə açılmasın. Amma açılacaqsa, ABŞ nəzarəti altında yox, Rusiya nəzarəti altında olsun. Yəni İranın milli maraqlarına uyğun gələn həll yolu budur. Bu səbəbdən İranın bu şəkildə bəyanat verməyi gözlənilməzdir.
İranın dəhlizə qarşı çıxması ABŞ-a görə yox, ümumiyyətlə dəhlizin özünə qarşıdır. Bunu biz nəzərə almalıyıq.
İkinci məsələ Ermənistan necə qərar verəcəyidir. Yəni Ermənistan ABŞ hərbçilərinin regionda qalmasına qarşı çıxacaq, yoxsa yox? Mənim düşüncəm odur ki, əleyhinə çıxacaq. Yəni Ermənistan bir məqamdan sonra artıq həmin dəhlizin Rusiyanın nəzarəti altında açılmasına razılıq verəcəyini düşünürəm. Qənaətim bundan ibarətdir. Lavrovun bəyanatından sonra düşünürəm ki, Paşinyan müəyyən qədər dərs götürüb geri addım atacaq”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












