"Qabil Məmmədov ölkəyə gətiriləcək, cəzasını da çəkəcək"

"Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədovun respublikaya gətirilməsi mütləq baş tutacaq. Birinci növbədə bu, beynəlxalq qanunlar çərçivəsində öz həllini tapacaq. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır, heç bir ölkənin cinayətkarları Azərbaycanda gizlədilmir. Ona görə də, vaxtilə ölkəmizdə cinayət törədən, bu gün gedib digər ölkələrə sığınanlar Azərbaycana təhvil veriləcəklər”.
Avtosfer.az xəbər verir ki, bunu "demokrat.az"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, həmin şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı Azərbaycanın tələbi beynəlxalq hüquqa söykənir:
“Məlumdur ki, Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluğa çağırılıblar. Eyni zamanda ötən gün artıq Qabil Məmmədovla bağlı məhkəmə qərarı ictimaiyyətə açıqlandı - ona 16 il şifahi həbs cəzası verildi. Heç kim hüquqdan qaça bilməz, cinayət törədib, gedib haradasa gizlənə bilməz. Onlar haqlı olaraq öz cəzalarını alacaqlar. Qabil Məmmədovun dələduzluq və digər cinayətləri təsdiqlənib, o, ölkəyə gətiriləcək və öz cəzasını da çəkəcək”.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












