“Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib? - FOTO

Azərbaycanda “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulunun üzərində keçmiş Dağlıq Qarbağ Muxtar Vilayətinin xəritəsinə oxşayan təsvir əks olunub.
Avtosfer.az "Yeniavaz"a istinadla xəbər verir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-1991-ci illərdə Azərbaycan ərazisində mövcud olan inzibati ərazi vahidi olub. Azərbaycan Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub.
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan rayonların da yer aldığı əraziləri əhatə edən Yuxarı Qarabağ iqtisadi rayonu yaradılıb.
Yuxarı Qarabağ iqtisadi rayonu
Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra – Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən Yuxarı Qarabağ iqtisadi rayonu ləğv olunub və Qarabağ iqtisadi rayonu yaradılıb.
Qarabağ iqtisadi rayonu
Məlumat üçün bildirək ki, “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulunun üzərində əks olunan təsvirin nə Yuxarı Qarabağ iqtisadi rayonu, nə də Qarabağ iqtisadi rayonunun xəritəsi ilə əlaqəsi yoxdur.
Lakin 1991-2020-ci illərdə Qarabağdakı seperatçıların istifadə etdiyi qondarma “Artsax” respublikasının “xəritəsi” sözügedən təsvirə daha çox oxşayır.
Qondarma “Artsax” respublikasının “xəritəsi”
Onu da bildirək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.3.-cü maddəsində açıq şəkildə göstərilir ki, məhsulun üzərində istehsalçının adı göstərilməlidir. Lakin, haqqında bəhs olunan “Qarabağ” dovğası adlı məhsulun üzərində 2 şirkətin adı qeyd olunub. Bu şirkətlərin istehsalçı olub-olmadığı barədə məlumat mövcud deyil. Adları qeyd olunan şirkətlərdən biri ölkənin aparıcı ət və süd məhsulları istehsalçısı olan “Zəhmət-Ruzi” MMC, digəri isə ölkənin tanınmış distribütor şirkəti olan “Şam-Fi” MMC-dir.
Daha çox “Sab” brendi ilə məhsul istehsal edən “Zəhmət-Ruzi” MMC-nin rəsmi saytında “Safdad” brendinin onlara məxsus olması ilə bağlı məlumat mövcud deyil. “Şam-Fi” MMC-nin rəsmi saytında isə “Safdad” brendinin onlara məxsus olduğu qeyd olunub.
Məsələ, ilə bağlı “Zəhmət-Ruzi” MMC ilə əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs şirkətlə yalnız sayt üzərindən yazılı əlaqə saxlmağın mümkün olacağını bildirdi.
“Şam-Fi” MMC ilə əlaqə saxlamaq cəhdlərimiz isə cavabsız qaldı.



Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI
Paytaxtın 17 küçəsində tıxac var - SİYAHI
Bank kartlarından oğurluqların qarşısını necə alaq? – İKT eksperti AÇIQLADI
"Tiktok"da canlı yayım açıb onu izləyən şəxsləri söydü – 15 sutka həbs edildi
İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ
Rəqsanə yenidən həbs ediləcək? - Səidə Bəkirqızı məhkəməyə verir











