Qaradağda qanunsuz tikililər söküldü - FOTO

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı şəkildə davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə, iyunun 29-da Qaradağ rayonunun qəsəbələrində aparılmış növbəti monitorinq zamanı sakinlər tərəfindən qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində tikinti işlərinin aparıldığı müəyyən edilib.
Aşkar edilmiş qanunsuz tikililərlə bağlı dərhal müvafiq tədbirlər görülüb, həmin tikintilər dayandırılıb və söküntü işləri həyata keçirilib.
Qaradağ RİH-dən bildirilib ki, rayon ərazisində qanunsuz tikinti və torpaq zəbtinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. Şəhərsalma qanunvericiliyinə zidd halların qarşısının alınması məqsədilə monitorinqlər və nəzarət tədbirləri gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcək.

ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












