Qatarı daşlayan uşaqlar yaxalandı – FOTO

Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayan yeni qatarın şüşələrini sındıran uşaqlar saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, 19 oktyabr 2015-ci ildə saat 18.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı 2636-cı km-dən (Xırdalan- 10-cu blok post mənzilində) keçərkən iki naməlum şəxs kustar üsulla hazırlanmış daşatanla qatarı daşa basıblar.
Ərazidə xidmət edən Daxili İşlər Nazirliyi Nəqliyyaitda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin əməkdaşları elektrik qatarının pəncərələrini daşlayanları saxlayaraq, bölmənin cinayət-axtarış qrupuna məlumat veriblər.
Araşdırma zamanı məlum olub ki, saxlananlar Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindəki 147 №-li Texniki Peşə Məktəbinin həyətində yaşayanlar - İmişli rayonunda anadan olmuş, Sumqayıt şəhər 42 №-li orta məktəbin VII sinif şagirdi Laçın Bilal oğlu Vəlizadə və Göyçay rayonunun İncə kəndində anadan olmuş Əmiraslan Kamil oğlu Məlikovdur.
Saxlananlar Nəqliyyaitda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Surxay Cəfərov tərəfindən dindirilərkən, hadisəni törətdiklərini, məqsədlərinin elektrik qatarının pəncərə şüşələrini sındırmaq olduğunu etiraf ediblər.
Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.


Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










