Qatarlar qayıtmayacaq...

Bakı Metropoliteni qatarlarda yaranan texniki nasazlıqlarla bağlı vəziyyətə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev milli.az-a bildirib ki, ən müasir avadanlıqlarda, o cümlədən qatarlarda da texniki nasazlıqlar yarana bilər. Belə nasazlıqlar dünyanın bütün metrolarında, eləcə də Bakı Metropolitenində olur: "Qatarlar gün ərzində 16-18 saat xətlərdə istismar olunur. Ona görə də onlarda hər hansı kiçik texniki nasazlığın yaranması təbii haldır. Lakin belə hallar olduqda nasaz qatarlar dərhal xətdən çıxarılır və yeniləri ilə əvəzlənir. Qeyd edim ki, "Bakı Metropoliteni" QSC yaranandan sonra görülən işlər nəticəsində daha əvvəlki dövrlə müqayisədə qatarların nasazlıq ucbatından plandankənar qayıdışı halları təxminən 5 dəfə azalıb. Hətta bu il ötən illə nisbətdə də belə hallar azalıb. Bu, çox yüksək göstəciridir və böyük səy və əmək nəticəsində əldə olunub. Biz çalışırıq ki, belə halları minimuma endirək və nasazlıq ucbatından qatarlar geri qayıtmasın".
Şöbə rəisi qeyd edib ki, bu məqsədlə metropoliten tərəfindən güclü texniki baza yaradılıb və bu istiqamətdə işlər davam edir: "Depoda xüsusi anbar tikilib və orada kifayət qədər ehtiyat hissələri toplanıb. Qatarların təmiri sexi yaradılıb. Artıq qatarları özümüz təmir edə bilirik. Əvvəllər isə belə şeylər olmayıb. Artıq metropolitenin özünün diaqnostika mərkəzi də var. Bizim peşəkar mütəxəssislərimiz bütün qatarları xəttə buraxılmazdan əvvəl və gün ərzində təkrarən texniki baxışdan keçirirlər. Bundan əlavə, bu yaxınlarda 2 təcili texniki yardım maşını, 2 motovoz - təsərrüfat qatarı və tunellərin korroziyadan təmizlənməsi üçün müasir texnoloji avadanlıqlar almışıq. Bir sözlə, sərnişinlər əmin olsunlar ki, onların təhlükəsiz hərəkəti tam təmin olunur".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












