Qaz abonentlərindən pul tələb edən dələduzlar peyda olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi dövri yoxlama müddəti çatmış əvvəlcədən ödənişli və sonradan ödənişli sayğacların əvəzlənməsi prosesini davam etdirir.
Bu barədə “Azəriqaz”dan bildirilib.
"Prosesdə qarşılıqlı iştirakı təmin etmək üçün hər bir abonentə SMS müraciət göndərilir. Yəni istehlakçı əvvəlcədən xəbərdar olur ki, onun sayğacının əvəzlənməsi vaxtı çatıb. Son günlər SMS müraciətlərimizdən istifadə edərək abonentlərdən pul tələb edən dələduzlar peyda olub. Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bu görüntü ilə həqiqətən “Azəriqaz” İB-də işlədikləri görüntüsünü yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq, “Sizin sayğacınızda problem var. Cərimə yazmağımızı istəmirsinizsə, “hörmət” edin” - deyərək pul tələb ediblər.
Abonentlərdən xahiş edirik ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin xidməti vəsiqələrini tələb etməklə yanaşı, dərhal “Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən Birliyin rəsmi səhifəsinə yazmaqla məlumat versinlər", - məlumatda deyilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












