Qaz limiti artırılacaq? - RƏSMİ CAVAB

Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır. Deputat qeyd edib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Ölkəmizdə qaz limitinin artılması gözlənilirmi?
Avtosfer.az xəbər verir ki, bu məsələ ilə bağlı Referans.az-ın suallarını cavablayan “Azəriqaz İstehsalat Birliyi” -nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, ümumiyyətlə qaz limitləri və qiymət tarifləri ilə bağlı suallara cavab vermək bizim birliyin səlahiyyətində deyil. “Azəriqaz İstehsalat Birliyi” sadəcə olaraq bir xidmət qurumudur. Həmçinin bu quruma təqdim olunan qaydalar əsasında öz xidmətini təşkil edir. Buna görə də bizim müəssisə heç bir halda qiymətlərlə bağlı hər hansısa bir mövqe ortaya qoymur. Bir daha qeyd etmək istərdim ki, bizim qurum sırf qaz təchizatı ilə bağlı xidmətləri həyata keçirir.
Sözügedən mövzu ilə əlaqədar olaraq Tarif Şurasına müraciət ünvanladıq. Tarif Şurasından Referans.az -ın sorğusuna cavab olaraq məlumat verildi ki, bəzən əhali arasında qaz limitinin artırılması və ümumi qiymətlərin artacağı ilə bağlı fikirlər səsləndirilir.
“Lakin konkret olaraq hələlik ölkədə qaz limitinin artırılması və qiymətlərlə bağlı heç bir məlumat yoxdur. Əgər bununla bağlı bir məlumat olarsa Tarif Şurası tərəfindən ictimaiyyətə geniş məlumat veriləcəkdir”,- deyə Tarif Şurasından bildirilib.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












